BAKI, 28 fevral. TELEQRAF

ABŞ dövlət katibi Marko Rubio İrana qarşı genişmiqyaslı hərbi əməliyyatlar başlamazdan qısa müddət əvvəl planlar barədə qanunverici orqanın yalnız məhdud dairəsini məlumatlandırıb.

Teleqraf xəbər verir ki, bu barədə məlumatı CBS telekanalı öz mənbələrinə istinadən yayıb.

***

14:25

ABŞ-nin İrana qarşı başlatdığı hərbi əməliyyatlar ölkənin qanunverici orqanı olan Konqres ilə razılaşdırılmayıb.

Teleqraf xəbər verir ki, Senatın Silahlı Qüvvələr Komitəsinin rəhbəri, senator Cek Rid administrasiyanın hücumlar barədə öncədən məlumat vermədiyini bəyan edib.

O, hərbi addımların hüquqi əsaslandırması olmadan atılmasının qəbuledilməz olduğunu bildirib: "Əsaslandırma olmadan bu cür hərəkətlərə bəraət qazandırmaq çətindir".

Xatırladaq ki, bu gün səhər saatlarında ABŞ Prezidenti Donald Tramp İsrail ilə koordinasiyalı şəkildə İrana qarşı genişmiqyaslı hərbi əməliyyatların başladığını elan edib. Artıq İranın hərbi obyektlərinə və raket sənayesi infrastrukturuna silsilə zərbələr endirildiyi bildirilir.