BAKI, 1 fevral. TELEQRAF
ABŞ və digər ölkələrdə "X"in istifadəçiləri platformanın işləməməsi ilə bağlı şikayətlər ediblər.
Teleqraf xəbər verir ki, bu barədə "Downdetector" məlumat yayıb.
Məlumata əsasən, ABŞ istifadəçilərinin 66%-i tətbiqdəki səhvlərdən, 31%-i veb-saytla bağlı problemlərdən, 3%-i isə serverlərlə əlaqə yaratmaqda çətinliklərdən şikayət edib.
Eyni zamanda, nasazlıqlar Almaniyada (1,6 min), Kanadada (2 min), Fransada (2,1 min) və İspaniyada (1,5 min) də qeydə alınıb.