BAKI, 22 sentyabr. TELEQRAF
ABŞ hakimiyyəti ölkədə dizel yanacağının qiymətinin kəskin artmasına baxmayaraq, onun ixracına qadağa qoymağı və ya məhdudiyyət tətbiq etməyi planlaşdırmır.
Teleqraf xəbər verir ki, bu barədə Ağ Evin nümayəndəsi bildirib.
“Administrasiya hazırda ixracın qadağan edilməsi və ya məhdudlaşdırılması imkanını nəzərdən keçirmir”, – Ağ Ev rəsmisi deyib.
Bundan əvvəl bir sıra amerikalı qanunvericilər dizelin bahalaşması fonunda ixracın məhdudlaşdırılmasını təklif ediblər. ABŞ Senatının Hüquq Komitəsinin sədri Çak Qrassli yüksək dizel qiymətlərinin fermerlərin gəlirlərinə mənfi təsir göstərdiyini bildirərək ixraca embarqo tətbiq edilməsinə çağırıb.
Amerika Avtomobil Assosiasiyasının (AAA) məlumatına görə, sentyabrın 21-də ABŞ-də dizelin orta qiyməti bir qallon (3,79 litr) üçün təxminən 6,51 dollara çataraq rekord səviyyəyə yüksəlib.