BAKI, 21 sentyabr. TELEQRAF

"Müharibəyə son qoymaq üçün ABŞ tərəfi ilə işləməyə davam edəcəyik. Rusiyanın sağlam düşüncəyə zidd olaraq Ukrayanya qarşı apardığı bu müharibəyə son qoyulmalıdır".

Teleqraf xəbər verir ki, bunu Ukrayna Prezidenti Volodimir Zelenski bildirib.

O, ABŞ Prezident Donald Trampın Rusiya-Ukrayna müharibəsinə son qoymaq çağırışına münasibət olaraq deyib: "Rusiyanın Ukraynaya qarşı apardığı bu kampaniya sağlam düşüncəyə ziddir, buna son qoyulmalıdır".

Zelenski müharibənin artan mənfi təsirinə diqqət çəkərək bildirib ki, total işğalın nəticələri ortadadır: "Biz artıq bu müharibəni şərəflə başa vurmaq, təhlükəsizliyi təmin etmək və yeni Rusiya işğallarının qarşısını almaq üçün onlarla diplomatik təklif irəli sürmüşük. Gərginliyi azaltmaq, sülhü mümkün etmək üçün təkliflər masadadır. Artıq yalnız hücuma məruz qalan tərəfin zərər gördüyü bir vəziyyət olmayacaq. Müharibənin təbiətinə uyğun olaraq, təcavüzkar da zərər görəcək. Texnologiya bunu mümkün edir".