ABŞ Mülki Aviasiya Administrasiyası (FAA) yeddi hava limanında yerüstü xidmət və uçuş əməliyyatlarının dayandırıb.
Teleqraf xəbər verir ki, bu barədə FAA-nın rəsmi saytında dərc olunmuş məlumatlarda deyilir.
Müvəqqəti uçuş məhdudiyyətləri Nyu-Yorkun Con Kennedi Hava Limanı, LaQuardia Hava Limanı, Teterboro Hava Limanı, Vestçester Hava Limanı (Nyuark, Nyu Cersi) və Filadelfiya, Pensilvaniya ştatındakı hava limanlarına da tətbiq edilib.
Səbəb kimi avadanlığın nasazlığı göstərilib. Administrasiyanın məlumatına görə, gecikmələr bir saatdan dörd saata qədər dəyişə bilər.