BAKI, 22 sentyabr. TELEQRAF
Nyu-Yorkda BMT Baş Assambleyasının 81-ci sessiyası çərçivəsində ümumi siyasi müzakirələr başlayır. Yaxın bir həftə ərzində təxminən 130 dünya liderinin BMT-nin mənzil-qərargahında bir araya gələcəyi gözlənilir.
Teleqraf xəbər verir ki, ümumi müzakirələr sentyabrın 22-dən 26-dək davam edəcək və sentyabrın 28-də yekunlaşacaq. Müzakirələrdə BMT-nin 193 üzv dövlətinin, müşahidəçi dövlətlərin və Avropa İttifaqının nümayəndələri iştirak edəcəklər. Sessiyanın əsas mövzusu “Etimadın bərpası, dəyişikliklərin idarə edilməsi: hamının rifahı naminə çalışan BMT”dir.
Ümumi siyasi müzakirələri BMT-nin Baş katibi Antonio Quterreş və Baş Assambleyanın sədri açacaq. Dövlət başçıları arasında ilk olaraq Braziliya Prezidenti Luis İnasio Lula da Silva, daha sonra isə ABŞ Prezidenti Donald Tramp çıxış edəcək.
Sessiyanın əsas mövzuları sırasında Yaxın Şərq və Ukraynadakı vəziyyət, süni intellekt, beynəlxalq təhlükəsizlik və BMT-nin gələcəyi yer alır.