BAKI, 22 sentyabr. TELEQRAF

Almaniyanın keçmiş kansleri Angela Merkel Meklenburq-Ön Pomeraniya əyalətində keçirilən parlament seçkilərində Xristian Demokrat İttifaqının (XDİ) uğursuz nəticəsini şərh edib.

Teleqraf xəbər verir ki, bu barədə DPA məlumat yayıb.

Merkel partiyanın Almaniyanın ilk kansleri Konrad Adenauerin müəyyən etdiyi əsas prinsiplərə qayıtmalı olduğunu bildirib. Onun sözlərinə görə, Adenauer cəmiyyətdə “körpülər qurmağın” və hər kəsə müraciət etməyin vacibliyini anlayırdı.

“Məncə, xalq partiyası üçün əsas istiqamət də məhz bu olmalıdır”, – Merkel vurğulayıb.

Meklenburq-Ön Pomeraniyada keçirilən seçkilərin ilkin rəsmi nəticələrinə əsasən, XDİ 4,9 faiz səs toplayaraq 5 faizlik baryeri keçə bilməyib. “Almaniya üçün Alternativ” (AfD) isə 38,2 faiz səslə birinci olub.