BAKI, 22 sentyabr. TELEQRAF

Şimali Koreya yeni silah sisteminin sınağını uğurla həyata keçirib.

Teleqraf xəbər verir ki, bu barədə Koreya Mərkəzi Xəbər Agentliyi (KCNA) məlumat yayıb.

Bildirilib ki, ölkənin Raket Sənayesi Baş İdarəsi silah sistemləri texnologiyasının inkişafı baxımından mühüm əhəmiyyət daşıyan ən yeni silahın sınağını keçirib.

Məlumata görə, sınaq digər dövlətlərin təhlükəsizliyinə təhdid yaratmayıb. Sınaq prosesini Şimali Koreya lideri Kim Çen In şəxsən izləyib.

Yeni silah sisteminin texniki xüsusiyyətləri barədə ətraflı məlumat verilməyib.