BAKI, 22 sentyabr. TELEQRAF
İraqdakı silahlı birləşmələrin tərksilah edilməsi və buraxılması prosesinin 2027-ci ildə başa çatdırılması planlaşdırılır.
Teleqraf xəbər verir ki, bunu İraqın Baş naziri Əli əz-Zeydi “The New York Times” qəzetinə müsahibəsində bildirib. Baş nazir silahların yalnız dövlətin nəzarətində olmasının zəruriliyini vurğulayıb. Əz-Zeydi bu məsələni korrupsiya ilə mübarizə ilə yanaşı, özü üçün “şərəf məsələsi” adlandırıb. İraq hökumətinin silahlı qrupları dövlət nəzarətinə keçirmək istiqamətində fəaliyyəti digər mənbələrdə də təsdiqlənir.
Onun sözlərinə görə, sentyabrın 30-da tərksilah üzrə yeni mərhələli plan elan ediləcək. İlk mərhələdə 90 günlük atəşkəs rejiminin tətbiqi, daha sonra isə silahlı birləşmələrin silahlarını təhvil verməsi nəzərdə tutulur. Hökumət prosesin 30 iyun 2027-ci ilədək tamamlanmasını planlaşdırır.
Əz-Zeydi bildirib ki, tərksilah ölkədə güclü iqtisadiyyatın qurulması üçün də vacibdir. Onun sözlərinə görə, İraq dünya ölkələri ilə iqtisadi əlaqələri genişləndirmək və qarşıdurma deyil, əməkdaşlıq məkanına çevrilmək istəyir.