BAKI, 21 sentyabr. TELEQRAF

ABŞ Prezidenti Donald Trampın iştirakı ilə Qrenlandiyanın təhlükəsizliyinə dair üçtərəfli sazişin imzalanma mərasimi sentyabrın 22-də Nyu-Yorkda BMT Baş Assambleyasının 81-ci sessiyası çərçivəsində keçiriləcək.

Teleqraf xəbər verir ki, bu barədə Ağ Evin sözçüsünə istinadla “Reuters”, “Fox News” və digər Qərb media orqanları məlumat yayıb.

Mərasimdə Danimarkanın Baş naziri Mette Frederiksen və Qrenlandiyanın Baş naziri Jens-Frederik Nilsen də iştirak edəcəklər. Ağ Evin sözçüsü bildirib ki, üç lider Qrenlandiya və ABŞ-nin təhlükəsizliyini təmin etməyə yönəlmiş yeni sazişi rəsmiləşdirəcəklər.

Qeyd edək ki, Tramp dəfələrlə Qrenlandiyanın ABŞ-yə birləşdirilməsinin vacibliyini vurğulayıb. Danimarka isə Vaşinqtonun adaya nəzarəti ələ keçirmək niyyətini rədd edib.