BAKI, 22 sentyabr. TELEQRAF
Rusiya tərəfi Ermənistan vətəndaşlarının Avropaya inteqrasiya prosesinin mümkün nəticələrini obyektiv qiymətləndirəcəyinə ümid edir.
Teleqraf xəbər verir ki, bunu Rusiya Xarici İşlər Nazirliyinin Avropa Problemləri Departamentinin direktoru Vladislav Maslennikov RİA Novosti-yə açıqlamasında deyib.
“İnanmaq istəyirik ki, onlar hazırda cəlb edildikləri ‘Avropaya inteqrasiya’ avantürasının təhlükəsini obyektiv qiymətləndirə biləcəklər”, – rusiyalı diplomat bildirib.
Bundan əvvəl Ermənistanın Baş naziri Nikol Paşinyan ölkəsinin yaxın vaxtlarda Avropa İttifaqına üzvlük üçün müraciət prosesinə başlamaq niyyətində olduğunu açıqlayıb.