BAKI, 1 fevral. TELEQRAF
ABŞ Prezidenti Donald Tramp İranla razılaşma əldə olunacağına ümid etdiyini bildirib.
Teleqraf xəbər verir ki, Amerika lideri bu fikirləri ABŞ və İran arasında danışıqlar gərginliyi fonunda səsləndirib.
Tramp ABŞ donanmasının İran sahillərinə yaxın yerləşdiyini qeyd edib.
“Orada dünyanın ən böyük və ən güclü gəmiləri, tam yaxınlıqda yerləşir. Bir neçə gün ərzində ümid edirəm ki, razılaşma əldə edəcəyik”, - o açıqlayıb.