BAKI, 1 fevral. TELEQRAF
ABŞ Prezidenti Donald Tramp 2016-cı il prezident seçkiləri zamanı onun guya Rusiya ilə əməkdaşlıq etməsi ilə bağlı ittihamların saxtalaşdırılması səbəbindən keçmiş prezident Barak Obamanın həbs olunmasını tələb edib.
Teleqraf xəbər verir ki, bu barədə "The American Conservative" jurnalı məlumat yayıb.
Məlumata görə, Tramp "Truth Social" hesabında paylaşdığı açıqlamada Obamanın Mərkəzi Kəşfiyyat İdarəsinə (CIA) 2016-cı il seçkilərinin gedişi ilə bağlı kəşfiyyat məlumatlarını saxtalaşdırmaq barədə şəxsən göstəriş verdiyini iddia edib. ABŞ Prezidenti bunu dövlət çevrilişinə cəhd adlandıraraq, Obamanın məsuliyyətə cəlb olunmalı olduğunu bildirib.
Jurnal qeyd edir ki, bu açıqlamadan bir neçə gün əvvəl FBI Tramp administrasiyasının bəzi yüksək vəzifəli nümayəndələrinin iştirakı ilə Corciya ştatının Fulton dairəsində 2020-ci il prezident seçkiləri ilə bağlı sənədləri müsadirə edib. Həmin seçkilərdə Demokratlar Partiyasının namizədi Co Bayden qalib gəlib.