BAKI, 1 fevral. TELEQRAF

ABŞ Prezidenti Donald Tramp maliyyəçi Ceffri Epşteynin varislərinə və amerikalı publisist Maykl Vulffa qarşı məhkəmə iddiası qaldıra biləcəyini bildirib.

Teleqraf xəbər verir ki, Tramp bu barədə Vaşinqtondan Floridanın Uest-Palm-Biç şəhərinə uçuşu zamanı jurnalistlərin suallarını cavablandırarkən danışıb.

O, Epşteynin işi üzrə yayımlanan yeni sənədləri şərh edərək, həmin materialların vaxtilə maliyyəçi ilə Vulff arasında mövcud olmuş və ona qarşı yönəlmiş siyasi xarakterli sövdələşməni göstərdiyini iddia edib.

“Bu məsələyə görə, böyük ehtimalla Vulffa qarşı məhkəməyə müraciət edəcəyik. Ola bilsin ki, Epşteynin varislərinə qarşı da iddia qaldıraq. Hələ dəqiq bilmirəm. Amma şübhəsiz ki, Vulffa qarşı məhkəməyə verəcəyik”, - deyə ABŞ lideri bildirib.

Tramp qeyd edib ki, Epşteyn ilə Vulff ona siyasi zərər vurmaq üçün sövdələşmə aparıb.