BAKI, 21 yanvar. TELEQRAF

ABŞ Prezidenti Donald Tramp Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanla telefonla danışacaq.

Teleqraf xəbər verir ki, o bu barədə Ağ Evdə keçirdiyi mətbuat konfransında danışıb.

“Mən Prezident Ərdoğanla çox vacib danışıq keçirəcəm. Mən onu çox bəyənirəm”, - deyə Tramp jurnalistlərin suallarını cavablandırarkən qeyd edib.