BAKI, 20 yanvar. TELEQRAF
Şimali Amerikanın Aerokosmik Müdafiə üzrə Birləşmiş Komandanlığı (NORAD) Qrenlandiya ərazisinə xüsusi təyyarənin göndəriləcəyini bəyan edib.
Teleqraf xəbər verir ki, bu barədə NORAD "X" sosial şəbəkəsində məlumat yayıb.
Açıqlamada bildirilir ki, hava gəmisi ABŞ Kosmik Qüvvələrinə məxsus Pituffik bazasına enəcək və ABŞ ilə Kanada ərazisində yerləşən aviasiya qrupları ilə birgə planlaşdırılmış əməliyyatların dəstəklənməsində iştirak edəcək. Bu addım ABŞ, Danimarka və Kanada arasında mövcud olan üçtərəfli müdafiə tərəfdaşlığının möhkəmləndirilməsinə xidmət edir.
NORAD vurğulayıb ki, texnikanın yerləşdirilməsi Danimarka hökuməti ilə tam razılaşdırılıb. Eyni zamanda, Qrenlandiyanın yerli hakimiyyət orqanları da əvvəlcədən həyata keçiriləcək manevrlər barədə məlumatlandırılıb.