BAKI, 15 yanvar. TELEQRAF

Xəbər verdiyimiz kimi, ötən gün rəsmi Bakı Azərbaycan və Ermənistan arasında əldə olunmuş ikitərəfli razılığa, humanizm prinsiplərinə uyğun olaraq ölkəmizdə cəza çəkən dörd erməniəsilli şəxsi - Vaqif Xaçaturyan, Gevorq Sujyan, David Davtyan və Viqen Euljekjyanı İrəvana təhvil verib.

Teleqraf-ın məlumatına görə, təhvil verilənlərdən Vigen Euljekjyanın həyat yoldaşı Linda Livandan İrəvana gedib.

O, Zvartnots hava limanında yerli jurnalistlərə açıqlama verən zaman ağlayıb və xəbərə hələ də inanmadığını bildirib:

“Çox xoşbəxtəm, sadəcə, Vigeni görmək istəyirəm. Uşaqlar bunun doğru olduğuna inanmırlar, çox xoşbəxtdirlər”.

O, həmçinin bildirib ki, Vigen Livana qayıdanda oğlunun uzun müddətdir gözlədikləri toy baş tutacaq.

Qeyd edək ki, Vigen Euljekjyan hərbi hospitala yerləşdirilib və müayinə zamanı tam sağlam olduğu bəlli olub. Onun hazırda İstintaq Komitəsinin hərbi şöbəsində olduğu bildirilir.