BAKI, 27 iyun. TELEQRAF
Superliqa təmsilçilərindən “Samsunspor”un prezidenti Yüksəl Yıldırım “Fənərbağça” ilə bağlı diqqətçəkən açıqlama verib.
Teleqraf xəbər verir ki, klub rəhbəri İstanbul təmsilçisinin yeni mövsümdə böyük təzyiq altında olacağını bildirib.
Yıldırım “Fənərbağça”nın çempionluqdan başqa yolunun qalmadığını deyib:
“Bunu yazın bir kənara. Ən gec beşinci həftədə, bəlkə də üçüncü həftədən sonra inanılmaz bir xaos başlayacaq. Çünki Aziz başqan Türkiyədə futbolu ən yaxşı bilən adamlardan biridir. Hazırda başqanlar arasında ən uzun müddət klub rəhbərliyi etmiş şəxsdir. Mahmut Uslu da elədir, komandası da. “Fənərbağça” böyük təzyiq altındadır. Çempion olmaq məcburiyyətindədir. Yəni tək gülləsi var, onu da atıb on ikidən vurmaq istəyir”.
Yıldırım çempionluq qazanılmayacağı halda Türkiyə futbolunda ciddi gərginlik yaşanacağını vurğulayıb:
“Çempion ola bilməsələr, artıq ortalıqda nə TFF qalar, nə MHK qalar, nə də biz. Hamı bu prosesin içində olar”.