BAKI, 27 iyun. TELEQRAF

Venesuela prezidentinin səlahiyyətli nümayəndəsi Delsi Rodriges ölkədə baş vermiş dağıdıcı zəlzələnin nəticələrinin aradan qaldırılmasına göstərilən dəstəyə görə ABŞ Prezidenti Donald Trampa və dövlət katibi Marko Rubioya təşəkkür edib.

Teleqraf xəbər verir ki, Rodriges bu barədə "Telegram" kanalında paylaşım edib.

Onun sözlərinə görə, Tramp və Rubio telefon danışığı zamanı ABŞ hökumətinin Venesuelaya dəstəyini bir daha təsdiqləyiblər.

"Mənə Prezident Donald Tramp və dövlət katibi Marko Rubio zəng edərək Venesuela üçün bu çətin dövrdə ABŞ hökumətinin dəstəyini təsdiqlədilər. Bu dostluq və əməkdaşlıq jestinə görə dərin minnətdarlığımızı bildiririk", - deyə Rodriges vurğulayıb.

O qeyd edib ki, ABŞ rəhbərliyi təbii fəlakətin nəticələrinin aradan qaldırılması üçün Venesuelaya xilasedicilər və xüsusi texnika göndərməyə, həmçinin zərərçəkmiş ailələrə humanitar yardım göstərməyə hazır olduğunu bəyan edib.

Qeyd edək ki, iyunun 24-də Venesuelanın Yarakuy ştatında 7,2 və 7,5 bal gücündə iki güclü zəlzələ baş verib. Son məlumatlara görə, təbii fəlakət nəticəsində 920 nəfər həyatını itirib. Zəlzələdən sonra 200-dən çox afterşok qeydə alınıb.