BAKI, 27 iyun. TELEQRAF
Böyük Britaniyanın Baş naziri Kir Starmer ölkənin müdafiə xərclərini daha azı 1 milyard funt sterlinq artırmağı planlaşdırır.
Teleqraf xəbər verir ki, bu barədə "Financial Times" qəzeti mənbələrə istinadən məlumat yayıb.
Nəşrin məlumatına görə, növbəti dörd il ərzində Böyük Britaniya Silahlı Qüvvələrinin maliyyələşdirilməsi artıq nəzərdə tutulan artımlardan əlavə təxminən 14,5-15 milyard funt sterlinq artırılacaq.
Məlumata əsasən, hökumət beynəlxalq təhlükəsizlik çağırışları və NATO qarşısında götürdüyü öhdəliklər fonunda müdafiə büdcəsinin genişləndirilməsini nəzərdən keçirir.
Qeyd edək ki, may ayında Böyük Britaniya kralı III Çarlz parlamentin Lordlar Palatasında səsləndirdiyi "taxt nitqi" zamanı ölkəsinin NATO-ya sadiqliyini qoruyacağını bildirib. O, həmçinin Londonun müdafiə sahəsinə ayrılan vəsaitləri artıracağını vurğulayıb.