BAKI, 27 iyun. TELEQRAF
İranın cənub sahillərində, Hörmüz boğazı yaxınlığında partlayış səsləri eşidilib.
Teleqraf xəbər verir ki, bu barədə İranın "Mehr" agentliyi məlumat yayıb.
Məlumata görə, partlayış İranın Hörmüz boğazı bölgəsində yerləşən Sirik şəhərindəki liman körpülərindən birinin yaxınlığına mərminin düşməsi nəticəsində baş verib.
Hadisə nəticəsində dağıntılar və mümkün itkilərlə bağlı hələlik rəsmi məlumat açıqlanmayıb.
Qeyd edək ki, bundan əvvəl "Axios" portalının və İsrailin 12-ci kanalının müxbiri Barak Ravid ABŞ hərbi qüvvələrinin Hörmüz boğazı zonasında İranla əlaqəli hədəflərə zərbələr endirdiyini bildirmişdi.