BAKI, 27 iyun. TELEQRAF

“Neftçi” yeni mövsümə hazırlığın ilk mərhələsini başa vurub.

Teleqraf xəbər verir ki, “ağ-qaralar” hazırlıq prosesinin son günündə ikitərəfli oyun keçirib.

Baş məşqçi Yuri Vernidub komandanın üzvlərini “Palms Sports” Futbol Mərkəzində sınayıb. Hərəsi 30 dəqiqədən ibarət olan iki hissəli oyunda mütəxəssisin ixtiyarında olan bütün futbolçular meydana çıxıb.

Görüşdə əsas komandanın üzvləri ilə yanaşı, əvəzedici heyətdən cəlb edilən oyunçular da forma geyinib.

“Neftçi”nin təlim-məşq toplanışının ikinci mərhələsi iyunun 29-dan iyulun 14-dək Sloveniyanın Moravske Toplitse şəhərində təşkil olunacaq. Komanda “Hotel Livada Prestige”də məskunlaşacaq.

Paytaxt təmsilçisi Sloveniyada 4 yoxlama görüşü keçirəcək.