BAKI, 27 iyun. TELEQRAF

Kəskin hava şəaritinə görə, Londonun və Böyük Britaniyanın bir sıra digər bölgələrində hava nəqliyyatında böyük fasilələr yaranıb.

Teleqraf BBC News-a istinadən xəbər verir ki, isti havanın tufanlara keçməsi səbəbindən yüzlərlə uçuşun gecikib, bəzi reyslər ləğv edilib.

Uçuş izləmə xidmətlərinin məlumatına görə, şənbə günü Hitrou və Qatvik hava limanlarında 600-dən çox reys təxirə salınıb. Hitrouda təxminən 367, Qatvikdə isə təxminən 352 reys ertələnib.

Böyük Britaniyanın hava trafikinə nəzarət xidməti fasilələrin günün qalan hissəsində də davam edə biləcəyi barədə xəbərdarlıq edib.
Ən əhəmiyyətli pozuntular fırtına buludları zonasının yerləşdiyi Böyük Britaniyanın cənub-şərqi ilə Avropanın şimal-qərbi arasındakı hava məkanında baş verir.