BAKI, 27 iyun. TELEQRAF
Bakıda keçirilən “UFC Fight Night” turnirində növbəti döyüş keçirilib.
Teleqraf-ın məlumatına görə, ukraynalı Daniil Donçenko isveçli Teodor Berggen ilə üz-üzə gəlib.
Yarımorta çəki kateqoriyasında mübarizədən Daniil Donçenko qalib ayrılıb.
Qeyd edək ki, gecənin əsas döyüşündə isə yüngül çəki kateqoriyasında Rafael Fiziev Manuel Torreslə qarşılaşacaq.