BAKI, 27 iyun. TELEQRAF

Mütləq Döyüş Çempionatının (UFC) Bakıda təşkil olunan turnirində ikinci görüş baş tutub.

Teleqraf xəbər verir ki, Qazaxıstan təmsilçisi Bekzat Almaxan (61.68 kq) braziliyalı rəqibi Jan Matsumoto (61.46 kq) ilə qarşılaşıb.

Ən yüngül çəki kateqoriyasında görüş hakimlərin qərarı ilə braziliyalı idmançı Jan Matsumotonun qələbəsi ilə başa çatıb.

Qeyd edək ki, gecənin əsas döyüşündə Azərbaycan təmsilçisi Rafael Fiziyev yüngül çəkidə meksikalı Manuel Torreslə qarşılaşacaq.