BAKI, 27 iyun. TELEQRAF
Belarusda qarşıdakı növbəti gün üçün qırmızı təhlükə səviyyəsi elan edilib.
Teleqraf xəbər verir ki, bu barədə Belarusun Respublika Hidrometeorologiya, Radioaktiv Çirklənməyə Nəzarət və Ətraf Mühitin Monitorinqi Mərkəzi məlumat yayıb.
Məlumata görə, iyunun 28-də ölkə ərazisində hava az buludlu, əsasən yağıntısız keçəcək.
İyunun 29-da gündüz saatlarında Belarusun əksər bölgələrində havanın maksimal temperaturunun 35-39 dərəcə, bəzi yerlərdə isə 30-34 dərəcə olacağı proqnozlaşdırılır.