BAKI, 27 iyun. TELEQRAF

Konqo Demokratik Respublikasında (KDR) Ebola virusuna yoluxanların sayı son 24 saatda 48 nəfər artaraq 1203-ə çatıb.

Teleqraf xəbər verir ki, bu barədə ölkənin Rabitə və İnformasiya Nazirliyi məlumat yayıb.

Eboladan ölənlərin sayı isə son gündə 17 nəfər artaraq 321 nəfərə çatıb. Ölüm nisbəti isə 26,6%-dir.

Hazırkı Ebola epidemiyası mayın 15-də Konqo Demokratik Respublikasının şərqində başlayıb. Onun episentri İturi əyalətindədir. Qonşu Uqandada da Eboladan yoluxma və ölüm halları var.