Əfqanıstanın Hinduquş dağlarında 5,8 bal gücündə zəlzələ qeydə alınıb.
Teleqraf xəbər verir ki, bu barədə Avropa-Aralıq dənizi Seysmoloji Mərkəzi məlumat yayıb.
Zəlzələnin episentri təxminən 161.000 insanın yaşadığı Kunduz şəhərindən 169 km şərqdə, ocağı isə 201 km dərinlikdə yerləşib.
Tələfat və ya dağıntı barədə məlumat verilməyib.