BAKI, 27 iyun. TELEQRAF
ABŞ-nin vitse-prezidenti Cey Di Vens Vaşinqtonun İranın hər hansı hücumuna sərt şəkildə cavab verəcəyini bildirib.
Teleqraf xəbər verir ki, Vensin sözlərinə görə, ABŞ İran tərəfindən atılan addımlara qarşılıq olaraq “zorakılığa zorakılıqla” cavab vermək prinsipini rəhbər tutur.
Onun açıqlaması ABŞ və İran arasında gərginliyin yenidən artdığı, həmçinin Hörmüz boğazında baş verən son hadisələrin müzakirə olunduğu bir vaxta təsadüf edir.
Vitse-prezident Vaşinqtonun regionda təhlükəsizliyin təmin olunması və ABŞ maraqlarının qorunması üçün qətiyyətli addımlar atacağını vurğulayıb.