BAKI, 27 iyun. TELEQRAF
Hizbullah hərəkatının nümayəndəsi və parlament üzvü Həsən Fədlallah İsrail və Livan arasında Vaşinqtonda imzalanan müqaviləni tənqid edərək, bunun ölkənin maraqlarına zərər verdiyini bildirib.
Teleqraf xəbər verir ki, o, Livan hakimiyyətinin hərəkətlərini "birtərəfli və əsassız güzəştlər" kimi qiymətləndirib: "Bu, Livanı zəiflədir və İsrailin maraqlarına xidmət edir. Razılaşma ölkə daxilində təhlükəli parçalanmalara səbəb ola bilər".