BAKI, 27 iyun. TELEQRAF
Azərbaycanlı MMA döyüşçüsü Tahir Abdullayev (77,33) UFC-də debüt edib.
Teleqraf-ın məlumatına görə, 29 yaşlı idmançı Bakıda keçirilən “UFC Fight Night” turnirdə braziliyalı Ceferson Nasimento (77,56) ilə qarşılaşıb.
Yarımorta çəki dərəcəsində mübarizə aparan azərbaycanlı idmançı rəqibini vaxtından əvvəl - üçüncü raundda məğlub edərək turnirdə ilk qələbəsini qazanıb.
Qeyd edək ki, gecənin əsas döyüşündə Azərbaycan təmsilçisi Rafael Fiziyev yüngül çəkidə meksikalı Manuel Torreslə qarşılaşacaq.