BAKI, 27 iyun. TELEQRAF

Venesuelanın Araqua ştatının sahil bölgəsində 4,9 bal gücündə zəlzələ baş verib.

Teleqraf xəbər verir ki, bu barədə Avropa-Aralıq dənizi Seysmoloji Mərkəzi məlumat yayıb.

Məlumata görə, zəlzələnin episentri paytaxt Karakas şəhərindən təxminən 80 kilometr şimal-qərbdə yerləşib. Yeraltı təkanların ocağı 35 kilometr dərinlikdə qeydə alınıb.

Hazırda zəlzələ nəticəsində ölən, yaralanan və ya dağıntılarla bağlı hər hansı məlumat verilməyib.

Qeyd edək ki, Venesuela son günlər ardıcıl seysmik aktivliklə üzləşir. Ölkədə iyunun 24-də baş vermiş güclü zəlzələ nəticəsində yüzlərlə insan həlak olub və yaralanıb.