BAKI, 14 yanvar. TELEQRAF

Azərbaycanda saxlanılan dörd erməniəsilli şəxs Ermənistana təhvil verilib.

Teleqraf xəbər verir ki, bu barədə Ermənistan Baş naziri Nikol Paşinyan məlumat verib.

O bildirib ki, həmin şəxslər Gevorq Sujyan, David Davtyan, Viqen Euljekjyan və Vaqif Xaçaturyandır.

Saxlanılanlar Həkəri çayı üzərindəki körpüdə müvafiq Ermənistan qurumlarının nümayəndələrinə təhvil verilib.

“İlkin müayinəyə əsasən, Gevorq Sujyan, David Davtyan və Vigen Euljekjyanın səhhətlərində problem yoxdur. Vaqif Xaçaturyanın sağlamlıq vəziyyəti qənaətbəxş qiymətləndirilir. Onlar İrəvana köçürülürlər”, - Paşinyan əlavə edib.

Bu proses Ermənistanla Azərbaycan arasında bərqərar olmuş sülhün əməli nəticəsi kimi həyata keçirilib.