BAKI, 27 iyun. TELEQRAF
ABŞ Prezidenti Donald Tramp üzərində öz təsvirinin yer aldığı yeni ABŞ pasportunun dizaynını nümayiş etdirib.
Teleqraf xəbər verir ki, Tramp bu barədə özünün "Truth Social" sosial şəbəkə hesabında paylaşım edib.
"Yeni ABŞ pasportu: "Xoş gəlmisiniz, amma özünüzü yaxşı aparın!"", - deyə o, pasportun görüntüsünü paylaşaraq yazıb.
Məlumata görə, sənədin üzərində ABŞ-nin Müstəqillik Bəyannaməsindən mətn hissələri də yer alıb. Həmçinin pasportda ölkənin 250 illik yubileyini simvolizə edən "250" rəqəmi əks olunub.
Qeyd edək ki, daha əvvəl "The Washington Post" qəzeti ABŞ Maliyyə Nazirliyinin bəzi rəsmilərinin üzərində Donald Trampın təsviri olan 250 dollarlıq əskinasın hazırlanmasını təklif etdiklərini yazmışdı.