BAKI, 19 dekabr. TELEQRAF

Almaniya kansleri Fridrix Merts Ukraynaya ayrılacaq 90 milyard avro məbləğində yeni yardım paketinin faizsiz kredit formasında təqdim olunacağını açıqlayıb.

Teleqraf xəbər verir ki, kanslerin sözlərinə görə, bu kreditin geri qaytarılması Rusiyadan kompensasiya alınmasından sonra mümkün olacaq.

"RİA Novosti"nin məlumatına əsasən, Merts bildirib ki, mexanizm elə qurulub ki, Kiyev borcu yalnız Rusiyadan müvafiq ödənişlər daxil olduqdan sonra qaytarmalı olacaq.

Merts həmçinin vurğulayıb ki, Avropa İttifaqı Rusiyanın dondurulmuş aktivlərini kompensasiyalar əldə edilənədək olduğu kimi saxlayacaq.

Qeyd edək ki, daha əvvəl Avropa Şurasının sədri Antoniu Koşta Aİ ölkələrinin 2026–2027-ci illər üçün Ukraynaya 90 milyard avro həcmində maliyyə dəstəyi ayrılması barədə razılığa gəldiyini təsdiqləmişdi.