BAKI, 19 dekabr. TELEQRAF

8 kiçik su elektrik stansiyasının (KSES) tikintisi layihəsi çərçivəsində spiral tikişli polad boruların alınması və daşınması işləri həyata keçiriləcək.

Teleqraf xəbər verir ki, bununla bağlı “Azərenerji” Açıq Tipli Səhmdar Cəmiyyəti (ASC) ilə “Azərtexnolayn” Məhdud Məsuliyyətli Cəmiyyəti (MMC) arasında müqavilə imzalanıb.
Müqavilənin şərtlərinə əsasən, ASC sözügedən işlərin icrası üçün “Azərtexnolayn” MMC-yə 55 milyon 786 min 914,8 manat ödəyəcək.

Qeyd edək ki, bu müqavilə üzrə satınalma proseduru dövlət satınalmalarının vahid internet portalında keçirilməyib.

Məlumat üçün bildirək ki, sözügedən şirkət 2012-ci ildə dövlət qeydiyyatına alınıb. 125 700 000 manat nizamnamə kapitalına malik şirkətin qanuni təmsilçisi İzzətli Vüqar Məmməd oğludur.