BAKI, 19 dekabr. TELEQRAF

Rusiya qoşunları Ukraynanın Donetsk və Zaporojye vilayətlərində irəliləyirlər.

Teleqraf xəbər verir ki, bu barədə Ukraynanın monitorinq və analitik qrupu “DeepState” məlumat yayıb.

Rusiya ordusu Donetsk vilayətinin Dronivka, Nykanorovka və Pankivka yaşayış məntəqələri ətrafında irəliləyib.

Bundan əlavə, “DeepState” Rusiya hərbi qüvvələrinin Zaporojye vilayətinin Qulyaypol şəhərində irəlilədiklərini bildirib.