BAKI, 19 dekabr. TELEQRAF
"Azərbaycan Dəmir Yolları" QSC (ADY) artan sərnişin tələbatını təmin etmək məqsədilə 26, 27, 28 və 29 dekabr tarixlərində Bakı-Ağstafa-Bakı istiqamətində əlavə qatar reysləri təyin edir.
Bu barədə Teleqraf-a ADY-dən məlumat verilib.
Qeyd edək ki, qatar Bakıdan Ağstafaya səhər saat 08:30-da, Ağstafadan Bakıya isə 17:12-də yola düşəcək.