BAKI, 19 dekabr. TELEQRAF

Avropa İttifaqı Qərbdə dondurulmuş Rusiya aktivlərinin müsadirəsi barədə qərar qəbul etsəydi, bir neçə ay ərzində Rusiya ilə müharibəyə cəlb olunardı.

Teleqraf xəbər verir ki, bunu Macarıstan Baş naziri Viktor Orban deyib.

Orban xatırladıb ki, Budapeşt əvvəldən Avropa Komissiyasının Rusiyanın bloklanmış aktivlərinin müsadirəsi ilə bağlı təklifini rədd edib.

“Əgər bu təklif qəbul edilsəydi, birbaşa müharibəyə cəlb olunardıq - üç günə olmasa da, ən azı üç ay ərzində. Bu təhlükədən qaça bildik. Bu, böyük uğurdur. Amma pis xəbər budur ki, buna baxmayaraq, Brüsseldə müharibəyə hazırlıqlar açıq şəkildə davam edir”, - Macarıstan lideri bildirib.