BAKI, 19 dekabr. TELEQRAF
Avropa İttifaqı rəsmiləri qitə ölkələrini Rusiya ilə müharibəyə sövq edir.
Teleqraf xəbər verir ki, bunu Macarıstan baş nazirinin müşaviri Balaş Orban deyib.
“Rusiya aktivlərinin müsadirəsi ideyası rədd edilib. Macarıstan etibarlı və güclü tərəfdaşlar kimi Slovakiya və Çexiya ilə sıx əməkdaşlıq edərək hərbi kreditlərdən imtina edib. Amma Brüssel rəsmiləri Avropanı müharibəyə və vəziyyəti daha da gərginləşdirməyə doğru sürükləyirlər. Macarıstan müharibəni rədd edir, sülh tərəfdarıdır”, - o bildirib.