BAKI, 19 dekabr. TELEQRAF

ABŞ-də Braun Universitetində baş verən atışma ilə bağlı şübhəli şəxs ölü tapılıb.

Teleqraf xəbər verir ki, "Fox News" telekanalının hüquq-mühafizə orqanlarındakı mənbələrə istinadən yaydığı məlumata görə, atışmanı təşkil etməkdə şübhəli bilinən şəxsin meyiti dekabrın 19-da aşkarlanıb. İlkin məlumata əsasən, o, özünə qəsd edib.

Mənbələr hüquq-mühafizə orqanlarının intihar versiyasını təsdiqlədiyini bildiriblər.

Araşdırmalar zamanı şübhəli şəxsə məxsus olduğu müəyyən edilən Salem şəhərindəki anbar binasının yeri də müəyyənləşdirilib. Bildirilir ki, həmin şəxs binaya daxil olarkən müşahidə kameralarına düşüb.

Xatırladaq ki, Braun Universitetində baş verən silahlı hücumdan sonra təhsil müəssisəsində imtahanlar ləğv edilib. Hadisə nəticəsində iki nəfər ölüb.