BAKI, 21 noyabr. TELEQRAF
Almaniya Kansleri Fridrix Merts, Fransa Prezidenti Emmanuel Makron və Böyük Britaniya Baş naziri Kir Starmer Ukrayna lideri Volodimir Zelenski ilə telefon danışığı aparıblar.
Teleqraf xəbər verir ki, bu barədə Almaniya federal hökuməti məlumat yayıb.
Bildirilib ki, liderlər ABŞ-nin atəşkəs və münaqişənin nizamlanması istiqamətində göstərdiyi səyləri alqışlayıblar.