BAKI, 21 noyabr. TELEQRAF

ABŞ Prezidenti Donald Tramp administrasiyası Avropa ölkələrinə və Ukraynaya Ukrayna münaqişəsinin həlli ilə bağlı hazırlanan planın onların mövqelərini əks etdirəcəyinə dair təminat verib.

Teleqraf xəbər verir ki, bu barədə “Axios” portalı amerikalı rəsmiyə istinadən məlumat yayıb.

Məlumata görə, administrasiya çərşənbə və cümə axşamı günləri Kiev və Avropadakı tərəfdaşlarını əmin etməyə çalışıb ki, hazırlanan sənəd “canlı bir sənəd”dir və proses boyunca onların mövqeləri nəzərə alınacaq.

Bundan əvvəl ABŞ-nin dövlət katibi Marko Rubbio və prezidentin xüsusi nümayəndəsi Stiv Uitkoffun Ukrayna üzrə yeni sülh planı üzərində işlədiyi bildirilmişdi.