BAKI, 16 oktyabr. TELEQRAF
Avropa ölkələri artıq Ukraynaya iki partiya ABŞ istehsalı silah göndərib və bu tədarükləri maliyyələşdirib.
Teleqraf xəbər verir ki, bu barədə "Bloomberg" mənbələrə istadən məlumat yayıb.
Bildirilib ki, daha iki yeni partiyanın hazırlanması davam edir. Bundan əlavə, yeddi Avropa ölkəsi də növbəti silah tədarüklərinin maliyyələşdirilməsində iştirak etməyə hazırdır.
Məlumata əsasən, Ukrayna Prezidenti Volodimir Zelenski amerikalı həmkarı Donald Trampa silah tədarükünə razılıq verməsi üçün xüsusi təkliflər və vədlər siyahısı təqdim etməyə hazırlaşır.
Zelenskinin oktyabrın 17-də Ağ Evdə Tramp ilə görüşü planlaşdırılır.