BAKI, 3 oktyabr. TELEQRAF
Rusiya Prezidenti Vladimir Putin “Valday” forumunun plenar iclasında çıxışı zamanı xarici dövlət başçıları ilə münasibətlərdən danışıb.
Teleqraf xəbər verir ki, Putin bütün liderlərlə, o cümlədən Serbiya Prezidenti Aleksandar Vuçiçlə yaxşı münasibətdə olduğunu bildirib.
Moderatorun Serbiya ilə bağlı sualına cavab verən Putin qeyd edib: “Mənim hamı ilə münasibətlərim yaxşıdır, Vuçiçlə də”.