BAKI, 4 sentyabr. TELEQRAF

ABŞ və Cənubi Koreyanın 18-28 avqust tarixlərində Koreya yarımadasının cənubunda keçirəcəyi “Ulchi Freedom Shield” (UFS) 2025 birgə hərbi təlimləri təxribatdır.

Teleqraf xəbər verir ki, bu barədə Rusiya XİN-in rəsmi nümayəndəsi Mariya Zaxarova brifinq zamanı bildirib.

"Bu oyunların təşkilatçılarının rəsmi bəyanatlarına baxmayaraq, on minlərlə hərbçinin iştirak etdiyi, ABŞ-nin F-35 təyyarələrinin və digər hücum hərbi texnikasının cəlb olunduğu bu təlimləri heç cür müdafiə xarakterli adlandırmaq olmaz (...) Bunu yalnız növbəti təxribat kimi xarakterizə etmək olar", - Zaxarova vurğulayıb.