BAKI, 12 noyabr. TELEQRAF

Pakistanın Baş naziri Şahbaz Şərif Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanla görüşüb.

Teleqraf xəbər verir ki, görüş Antalyada keçirilən COP31 İqlim Konfransının sammiti çərçivəsində baş tutub.

“Görüşdə vurğuladıq ki, region ölkələri, xüsusilə Məkkə Sazişinin iştirakçıları gərginliyin azaldılması və dialoqun təşviqi istiqamətində səylərini davam etdirəcəklər”, - Pakistan Baş naziri X sosial şəbəkəsində yazıb.

Şahbaz Şərif ABŞ və İran arasında İslamabad anlaşma memorandumunun imzalanmasına gətirib çıxaran diplomatik səylərdə göstərdiyi dəstəyə və koordinasiyaya görə Rəcəb Tayyib Ərdoğana təşəkkür edib.

Pakistanın Baş naziri əlavə edib ki, tərəflər ticarət, investisiya, müdafiə, enerji və kommunikasiya sahələrində əməkdaşlığın genişləndirilməsi barədə də razılığa gəliblər.