BAKI, 12 noyabr. TELEQRAF
Küləkli hava şəraiti ilə bağlı sarı xəbərdarlıq verilib.
Teleqraf xəbər verir ki, bu barədə Milli Hidrometeorologiya Xidməti məlumat yayıb.
Bildirilib ki, noyabrın 13-də Bakıda və Abşeron yarımadasında, Salyan, Neftçala, Hacıqabul, Qobustan, Xızıda sarı xəbərdarlığa uyğun olaraq cənub-qərb küləyi əsəcək, küləyin sürəti 13.9-20.7 m/san təşkil edəcək.