BAKI, 12 noyabr. TELEQRAF

Ukrayna xarici işlər naziri Andrey Sibiqa Antalyada özbəkistanlı həmkarı Baxtiyor Saidovla görüş keçirib.

Teleqraf xəbər verir ki, bu barədə Andrey Sibiqa sosial media hesabında paylaşım edib.

A. Sibiqa görüşü səmərəli və məhsuldar adlandırıb.

Tərəflər ikitərəfli əlaqələrin inkişafını, həmçinin bir sıra regional və beynəlxalq məsələləri müzakirə ediblər.

Ukraynalı nazir həmkarına sülh prosesi, cəbhədəki vəziyyət və Qara dənizdə dəniz nəqliyyatının bloklanması barədə məlumat verib.

O, Ukraynanın Özbəkistan və digər Mərkəzi Asiya ölkələri ilə dostluq münasibətlərinin uzun tarixə malik olduğunu vurğulayıb.

Həmçinin investisiya və ticarət sahələrində qarşılıqlı faydalı əməkdaşlığın genişləndirilməsində maraqlı olduqlarını bildirib.