BAKI, 12 noyabr. TELEQRAF

Portuqaliya millisindəki karyerasını başa vuran ulduz futbolçu Kristiano Ronaldu serial çəkilişlərinə başlayıb.

Teleqraf xəbər verir ki, 41 yaşlı hücumçu məşhur britaniyalı rejissor Metyu Vonla birlikdə “Day 1s” adlı futbol serialına start verib.

Ronaldu layihədə icraçı prodüser olmaqla yanaşı, özünü də canlandıracaq.

Serial müasir futboldakı transfer bazarından bəhs edəcək. Əsas qəhrəman futbolçu transferləri ilə məşğul olan ingilis menecer Stenli Dalton olacaq. Onun obrazını aktyor Demian Lyuis canlandıracaq.

Ekran əsərində Fransa millisinin sabiq futbolçusu Tyerri Anri də yer alacaq. O, serialda özünü canlandıracaq.

Ronaldu çəkilişlərin başladığını sosial şəbəkə hesabında da təsdiqləyib.

Qeyd edək ki, serialın ekranlara çıxacağı tarix hələ açıqlanmayıb.